Sosial şəbəkədə biz:

SOCAR 85 milyardlıq gəliri haradan və hansı məhsullardan qazanıb? – Siyahı

Ötən il Dövlət Neft Şirkətinin (SOCAR) ümumi gəlirləri əvvəlki illə müqayisədə 34 milyard manat azalaraq 85 milyard 201 milyon manat olub.
 Bu barədə məlumat SOCAR-ın açıqladığı illik maliyyə hesabatında yer alıb.
Qeyd olunur ki, SOCAR-ın əldə etdiyi gəlirlərin 58,6 milyard manatı İsveçrədən, 5,1 milyard manatı Türkiyədən, 3,2 milyard manatı Azərbaycandan, 5,6 milyard manatı BƏƏ-dən, 1,6 milyardı isə Gürcüstandan daxil olub.
Gəlirlərin 48,9 milyard manatı xam neftdən, 19 milyard manatı neft məhsullarından, 9,6 milyard manatı təbii qazdan, 4,6 milyard manatı isə neft-kimya məhsullarından əldə olunub.
Onu da bildirək ki, SOCAR-ın il ərzində əldə etdiyi 85,2 milyard manat gəlirin 83,6 milyard manatı xərclənib. Nəticədə SOCAR-ın illik xalis mənfəəti 2,1 milyard manat olub. Əvvəlki illə müqayisədə xalis mənfəət 4,5 dəfə azalıb. Belə ki, 2022-ci ildə SOCAR-ın xalis mənfəəti 9,4 milyard manat olub. Yeniavaz.com


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol