Sosial şəbəkədə biz:

Mansur Yavaş Azərbaycanə gəlmək istəyir

Yaxın vaxtlarda Azərbaycana səfər etmək fikrindəyəm.

Bunu “Report”a açıqlamasında Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş deyib.

Azərbaycanla Türkiyənin “Bir millət, iki dövlət” prinsipinə uyğun olaraq beynəlxalq aləmdə dostluğun rəmzi kimi tanındığını bildirən Mansur Yavaş bu nadir nümunənin bütün türk dünyasına müsbət təsirindən çox məmnun olduğunu ifadə edib.

“Azərbaycanla Türkiyənin qardaşlığı bütün türk dünyası üçün gələcək nəsillərimizə ən böyük mirasımızdır. Bu vəsilə ilə bütün azərbaycanlı qardaşlarımıza sayğı, sevgi və salamlarımı çatdırıram. Yaxın vaxtlarda qardaş ölkəyə getmək fikrindəyəm”, - deyə o qeyd edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol