Sosial şəbəkədə biz:

“Zibil pulu” 3 dəfədən çox artırıldı – Rəsmi

Tarif (qiymət) Şurasının 29 iyun 2024-cü il tarixində keçirilən növbəti iclasında bərk məişət tullantılarının idarə edilməsi üzrə tariflərə baxılıb.
Bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə tariflər aşağıdakı kimi müəyyən edilib:
Bakı şəhəri üzrə:
Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 1 manat (ƏDV daxil).
Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 15 manat və ya 1 ton üçün 68,30 manat (ƏDV daxil).
Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 3,60 manat və ya 1 ton üçün 16,40 manat.
Digər regionlar üzrə:
Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,70 manat (ƏDV daxil).
Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 12 manat və ya 1 ton üçün 54,60 manat (ƏDV daxil).
Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 2,50 manat və ya 1 ton üçün 11,50 manat.
Məlumat üçün bildirək ki, daha əvvəl bərk məişət tullantılarının yığılması və daşınması xidməti üzrə tariflər aşağıdakı kimi olub:
Əhali qrupu üzrə - 1 nəfərə görə aylıq 0,30 manat (ƏDV daxil).
Qeyri-əhali qrupu üzrə - 1 kub metr üçün 10 manat və ya 1 ton üçün 45,50 manat (ƏDV daxil).
Bərk məişət tullantılarını zərərsizləşdirilməsi üçün təhvil verən qurum və ya şirkətlər üçün: 1 kub metr üçün 1,20 manat və ya 1 ton üçün 5,50 manat.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol