Sosial şəbəkədə biz:

Xuliqanlıqda ittiham olunan MMA idmançılarına hökm oxundu

Xuliqanlıqda ittiham olunan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov və Rüfət Əsədov, Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
Hökmə əsasən, Xəzər Rüstəmov, Rüfət Əsədov, Ruslan Əfəndiyev və Vüqar Kərəmovun hər biri 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Tofiq Musayev isə 1500 manat miqdarında cərimə edilib.
Qeyd edək ki, prokuror idmançıların hər birinin 1 il müddətinə azadlıqdan məhrum edilməsini, barəsində həbs qətimkan tədbiri olmayan Tofiq Musayevin həbs olunmasını istəmişdi. APA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol