Əkrəm Həsənov: "Dedi ki, nazir müavini Mariana Vasileva Azərbaycan dilində yaxşı danışır"
"Bu gün məhkəmədə Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əliyev Rauf Faiq oğlu dedi ki, nazir müavini Mariana Vasileva Azərbaycan dilində yaxşı danışır. Soruşdum ki, olarmı mətbuat gəlib ondan dilimizdə müsahibə alsın. Cavab verdi ki, əlbəttə. Odur ki, Yay Olimpiya Oyunları ərəfəsində mətbuatımızın nazir müavinindən (əslində nazirliyə faktiki rəhbərlik edən şəxsdən) ana dilimizdə müsahibə almaq şansı var".
Bunu ekspert Əkrəm Həsənov deyib.
"Hörmətli media dostlarım, şansınızı qaçırmayın və xanım-nazirdən... eee... nazir müavinindən müsahibə alın! Amma hazırlanmış sualların cavabını qabaqcadan əzbərləməsin ha, canlı suallara cavab versin!" - o qeyd edib.