Sosial şəbəkədə biz:

İbtidai sinif dərsliklərində qəlizlik - "Müəllimlər özləri belə başa düşmürlər" - VİDEO

İbtidai sinif şagirdləri üçün nəzərdə tutulan dərsliklərdə çoxsaylı qəliz sözlər var.

Xezerxeber.az-ın məlumatına görə, dərsliklərdəki akademik sözlər, qarışıq terminlər, qəliz düsturlar və riyazi hesablamalar şagirdləri çətin vəziyyətə salır.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədov hesab edir ki, ibtidai sinifdə verilən bir sıra anlayışları heç bəzi müəllimlər özləri belə başa düşmürlər.

Ekspert bildirib ki, dərsliklərin qəliz olması səbəbindən bəzi valideynlər məcburən övladlarına repetitor tuturlar.

Xatırladaq ki, ötən günlərdə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə də ibtidai sinifdə verilən bir sıra anlayışların çox qəliz olduğunu diqqətə çatdırmışdı.

Ətraflı süjetdə:

https://www.youtube.com/watch?v=5hnd81E4HX4


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol