Sosial şəbəkədə biz:

Bakıda binaların həyətlərini avtomobillərlə zəbt edənlər KİMLƏRDİR? - VİDEO

Bakının ən böyük problemlərindən biri də avtomobillərin parklanması məsələsidir.

Belə ki, paytaxtın Nizami rayonu ərazisində yerləşən "Laçın" Ticarət Mərkəzində işləyən, eləcə də bura alış-veriş üçün gələn şəxslər nəqliyyat vasitələrini yaxınlıqdakı binaların həyətində saxlayırlar.

Bu isə orada yaşayan vətəndaşların narazılığına səbəb olur.

Sakinlər deyirlər ki, maşınlar uşaqların istirahəti üçün nəzərdə tutulan yerləri də zəbt etdiyindən azyaşlılar oynamağa yer tapmırlar:

"Bilmirsən, kimin maşınıdır. Yolu kəsirlər, evimizə girə bilmirik. Uşaqlar küçəyə çıxa bilmirlər. Yaşlılar hava almaq istəyirlər, maşınların əlindən burada necə hava alsınlar? Maşınların tozu-torpağı hamısı bizim evlərimizə dolur".

Ətraflı Baku TV-nin süjetində:

https://www.youtube.com/embed/B2J0YjYPZhA


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol