Sosial şəbəkədə biz:

Elçin Qurbanov: “Ermənistan konstitusiyasının mətnində Dağlıq Qarabağla bağlı birbaşa müddəa da nəzərdə tutulmur”

Ermənistan konstitusiyasına dəyişiklik ilə əlaqədar suala cavab olaraq bildirirəm ki, bu məsələ ətrafında erməni ictimaiətini məqsədyönlü şəkildə parçalayaraq siyasi hakimiyyətə qarşı istifadə edən qüvvələr fəaliyyət göstərir.

“Ermənistan hakimiyyətinin Artsaxın öz müqəddəratını təyin etməsi faktını inkar etmək məqsədi daşıyan hər hansı bir addım atmağa haqqı yoxdur”,- bu barədə konstitusiya hüququ üzrə ekspert Vardan Poqosyanın nəşrin dərc etdiyi məqaləsində bildirib. Onun sözlərinə görə, “preambula Ermənistan Konstitusiyasının qəbul edildiyi gündən heç bir dəyişikliyə məruz qalmayan və siyasi qüvvələr arasında geniş konsensus yolu ilə qəbul edilən bir neçə hissədən biridir”

Erməni cəmiyyətinin reallıqla razılaşmayan zümrəsinin əsas istinad etdiyi mənbə Ermənistan SSRİ-nin müstəqillik bəyənnaməsidir. Hansı ki, Ermənistan SSR Ali Sovetinin və dırnaqarası Dağlıq Qarabağ Milli Şurasının 1 dekabr 1989-cu il tarixli qərarı ilə Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında guya xalqların öz müqəddəratını müəyyən etmək hüququndan irəli gələn, lakin işğalçılıq mahiyyətə əsaslanan saxta bəyənnamənin heç bir siyasi –hüquqi əsası həm də ona görə olmayıb ki, Dağlıq Qarabağ Ermənistana birləşməyib. Separatçılar və terrorçular tərəfindən işğal olunaraq qondarma respublika elan edilmişdi. Ona görə də Ermənistan dedikdə ərazi olaraq Dağlıq Qarabağ ərazisi nəzərdə tutula bilməzdi. Ermənistanın inzibati ərazi vahidi Ermənistan konsitusiyasının 104 -cü maddəsində təsbit olunmuşdur. Ermənistan konsitusiyasına əsasən Ermənistan Respublikasının inzibati ərazi vahidi 10 rayon və icmadan ibarətdir. Onlar aşağıdakılardır.

Армавирский, Ширакский, Арагацотнский, Гегаркуникский, Котайкский, Вайоцдзорский, Араратский, Лорийский, Сюникский и Тавушский.

Армавирский, Rusiyanın cənubunda Krasnodar vilayətində şəhər.

Описание: Карта Армении скачать бесплатно, Армения на карте мира, подробная, детальная, географическая, автомобильная, дорог, туристическая, на русском языке, физическая, политическая, спутниковая, электронная, онлайн, карты, перевозки, GPS

Izibati ərazi vahidi təsbit edilmiş konstitusiya maddəsində nəzərdə tutulan 10 rayon icmadan ibarət coğrafiya Dağlıq Qarabağın ərazisini əhatə etmir. Ermənistan konstitusiyasının mətnində Dağlıq Qarabağla bağlı birbaşa müddəa da nəzərdə tutulmur.

Yalnız konstitusiyanın Preambula hissəsində vurğulanır ki, erməni xalqı “erməni dövlətçiliyinin fundamental prinsiplərinə və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərə əsaslanan” Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir.

Preambulanın işğal məzmunlu müsəqillik bəyənnaməsinə istinad etməsi konstitusiyanın Xarici siyasət təsbit olunmuş 13-cü maddəsinin

Ermənistan Respublikasının xarici siyasəti bütün dövlətlərlə, beynəlxalq hüquq əsasında mehriban qonşuluq, qarşılıqlı faydalı münasibətlərin qurulması məqsədilə həyata keçirilir məzmunu ilə də ziddiyyət təşkil edir.

Bütün yuxarıdakılardan göründüyü kimi preambulanın istinadları tarixi, siyasi, hüquqi, faktiki nöqteyi nəzərdən beynəlxalq hüquqa, həm də nəticə etibarilə işğala qarşı BMT TŞ-nın qətnamələrinə də ziddir. 21-ci əsr Ermənistanı öz konstitusiyanın preambulasını bütün beynəlxalq tələblərə və hüquqa və ümumbəşəri dəyərlərə uyuşmyan, ərazi iddiası sərgiləyən sənədlə yaxın qonşuları ilə sülh, mehriban qonşuluq, qarşılıqlı faydalı münasibətlər qura bilməz. Ona görə də uzun illər öz qonşularına qarşı ərazi iddiası ilə regional siyasi alət kimi istifadə olunmaq rolunu tərk etməli, mehriban qonşuluq və inkişaf yolunu seçməlidir. Cənab Prezident İlham Əliyevin Ermənistan İctimayəti və siyasi rəhbərliyi qarşısında sülh müqaviləsi barədə qoyduğu konkret şərtlər regionda yalnız və yalnız daimi sülhə, əminamanlığa, inkişafa və ən ali ümumbəşəri dəyərlərə və prinsiplərə xidmət edir. Bu həm də Ermənistan cəmiyyəti üçün bir qurtuluş məsələsidir. Bütün bunlara rəğmən təklif olunan şərtlər çərçivəsində konstitusiya dəyişikliyinə Ermənistan özü daha çox maraq göstəməlidir.

Elçin QURBANOV


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol