Sosial şəbəkədə biz:

Beynəlxalq Bankın xəritəsində Qarabağda yer adları niyə erməni dilində yazılıb? - Foto

Qarabağın işğaldan azad olunmasından 4 ilə yaxın vaxt keçib. Artıq bu ərazilərdə heç bir erməni izi qalmayıb.

Hətta onlayn beynəlxalq xəritə proqramlarında belə Qarabağdakı yaşayış məntəqələrinin adlarının erməni dilində yazılmasına son verilib. 

Amma Azərbaycanın dövlət bankı olan "Azərbaycan Beynəlxalq Bank"ı öz saytında təqdim etdiyi xəritədə hələ də Qarabağ ərazisindəki yaşayış məntəqələrinin adları Azərbaycan və erməni dilində təqdim olunur. 

Xəritədəki qəribəlik təkcə bu deyil. Eyni zamanda ölkənin digər ərazilərindəki şəhər və kəndlərin adları da iki dildə - Azərbaycan və rus dilində təqdim olunur.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol