Sosial şəbəkədə biz:

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

07 July 2024, 11:12
Gündəm

İranda keçirilən prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək. 

Axar.az TASS-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentindən bildirilib. 

“Seçkilər bizim İrana yanaşmamıza ciddi təsir etməyəcək”, - deyə ABŞ rəsmisi vurğulayıb. 

Onun sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı dəyişməyib:

“Eyni zamanda, Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”. 

O, İrandakı seçkilərin “azad və ədalətli keçirilmədiyini” iddia edib: 

“Biz bu seçkilərin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya öz vətəndaşlarının insan haqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”.