Sosial şəbəkədə biz:

"Qarabağ" "Yuventus"u, "Mançester Yunayted"i geridə qoydu

"Qarabağ" dünya reytinqi cədvəlində 14 pillə irəliləyib.

Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) yeni dünya reytinqi cədvəlində göstərilib. 

Belə ki, Ağdam təmsilçisi 191,25 xalla 39-cu pilləyə yüksəlib.
Siyahı 2023-cü ilin 1 iyulundan 2024-cü ilin 30 iyununa qədər olan dövrdəki nəticələrinə əsasən hazırlanıb.

Siyahıda 504 komanda yer alıb. 371 xalla “Real” birinci, “Mançester Siti” 369 xalla ikinci, “Bayer” (Leverkuzen) isə 355 xalla üçüncü pillədə qərarlaşıb.

Cədvələ əsasən,  “Zirə” 361-ci, “Sabah” 379-cu, “Neftçi” isə 97-ci yeri tutub.

Qeyd edək ki, "Qarabağ"  " Yuventus", "Mançester Yunayted" kimi klublardan önə keçib. Cebhe.info


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol