Sosial şəbəkədə biz:

Kərəm Mustafayev prokurorluğa çağırıldı

08 July 2024, 16:05
Gündəm

Müdafiə nazirinin sabiq müavini - Əlahiddə Ümumqoşun Ordunun sabiq Komandanı general-polkovnik Kərəm Mustafayev bu günlərdə prokurorluğa çağırılıb.

Qafqazinfo xəbər verir ki, general-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib.

Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib.