Sosial şəbəkədə biz:

Bakıda iki gündə bank kartlarından oğurluq: 89 018 manat

Daxili İşlər Nazirliyi (DİN) vətəndaşlara kibercinayətkarlığa qarşı yenidən xəbərdarlıq edib.

DİN-in mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib ki, iyulun 6 və 7-də vətəndaşların bank kartlarından ümumilikdə 89 018 manat oğurlanıb.

“Təhlükə var və davam edir. Hər kəs diqqətli olmalıdır, onlayn oğurluq halları sürətlə artmaqdadır. Bütün oğurluq halları yalnız bir üsulla – bank kart məlumatları aldadılıb alınmaqla törədilir. “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən naməlum şəxslərlə danışıqlardan hər bir şəxs çəkinməli, bank kart məlumatlarını başqa şəxslərə verməməlidir. Yalanlara inanmaq istəməyənlər dəqiqləşdirmə aparsınlar. Qeyri-iş günüdür, bankla əlaqə yarada bilmirsiniz, polisdən soruşun. Polis 24 saat suallara cavab verməyə hazırdır. DİN-in sosial şəbəkə platformaları fasiləsiz rejimdə çalışır”.

Elşad Hacıyevin sözlərinə görə, danışıqlar kiber üsulla hazırlanan, qeydiyyatı olmayan saxta nömrələr vasitəsilə aparılır.

DİN-in daha öncə, 2024-cü il mayın 13-dən 22-dək olan müddətdə yaydığı rəqəmlərdə vətəndaşların bank kartlarından ümumilikdə 282.871 manat oğurlandığı bildirilirdi.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol