Sosial şəbəkədə biz:

Kərəm Mustafayev prokurorluqda dindirilib 

Xəbər verildiyi kimi, daha əvvəl KİV-də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin vəzifəsindən azad edilməsi barədə məlumat yayılıb.
“Qafqazinfo” etibarlı mənbələrdən Kərəm Mustafayevin bu günlərdə prokurorluğa çağırılması barədə məlumat alıb.
“General-polkovnik istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verib. Onun iş üzrə hansı qisimdə dindirildiyi bilinmir. Bu barədə məsul qurumlardan rəsmi açıqlama verilməyib. Məsələnin detallarını öyrənməyə çalışırıq”, - mətbuat orqanı yazır.
Qeyd edək ki, əvvəllər tabor, diviziya və korpus komandiri işləmiş K.Mustafayev 2014-cü ildən müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu Komandanı olub.
Onu Vətən Müharibəsi Qəhrəmanı, general Kənan Seyidovun əvəz etdiyi bildirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol