Sosial şəbəkədə biz:

Azərbaycanda il ərzində 2,3 milyard manatlıq su itkiyə gedib

Ötən il Azərbaycanda ümumilikdə 9 milyard 772 milyon kub metr su istifadə olunub.
Yeniavaz.com xəbər verir ki, istifadə olunan suyun 74%-i və ya 7 milyard 207 milyon kub metri suvarmaya sərf olunub.
Bundan başqa suyun 342,7 milyon kub metri (3,5%-i) məişətdə (içməli), 2 milyard 145 milyon kub metri (22%-i) isə istehsalat sahələrində istifadə olunub.
Onu da qeyd edək ki, il ərzində 3 milyard 34,4 milyon kub metr su nəql zamanı itkiyə gedib. Açıqlanan rəqəmlərdən də göründüyü kimi itkiyə gedən su istifadə olunan suyun 31%-nə bərabər olub.
Aşağıdakı cədvəldə son 6 ildə sudan istifadə, itkilər və itkiyə gedən suyun istifadə olunan suya nisbəti göstərilib:

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda suyun orta satış qiyməti 0,77 manata bərabərdir (əhali 0,6-0,7, qeyri-əhali 1 manat). Suyun orta satış qiyməti ilə hesablama aparsaq, il ərzində itkiyə gedən suyun dəyəri (3 034 000 x 0,77) 2 milyard 336 milyon manata bərabər olacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol