Sosial şəbəkədə biz:

“Şəkinin deputatlarının adı heç bir dəftərdə yoxdur”

10 July 2024, 00:06
Gündəm

“Qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak edəcək hamıya uğurlar arzu edirəm. Mən indikiləri tanımıram, köhnələrdən bəzilərini tanıyıram”. 

Bu sözləri Manset.az-a açıqlamasında Baş nazirin sabiq müavini Abid Şərifov bildirib. 

O, açıqlamasında anadan olduğu Şəki rayonundan olan deputatları tanımadığını deyib: 

“İstərdim ki, parlamentdə təmsil olunacaq deputatlar professional, insanlara ürəyi yanan, iş bilən olsun. Şəkidə 2-3 gün qaldım, gəldim. Vallah orda deputatları tanıyan yoxdur. Təkcə Cavanşiri tanıyıram, ona heç bir söhbət yoxdur. Amma o biriləri tanımıram. Təzə bir-iki nəfər var, onların da adı heç bir dəftərdə yoxdur”. 

Müxbirin “Bəs parlamentin yaşlı deputatları ilə bağlı nə deyə bilərsiniz?” sualına Abid Şərifovun cavabı belə olub: 

“Qocalara gəldikdə isə mən o barədə çox şey danışmayacam. Bütün qoca deputatlara cansağlığı arzulayıram. Onlara uğurlar diləyirəm”.