Sosial şəbəkədə biz:

İsa Qəmbər növbədənkənar parlament seçkilərindən geri çəkilib? - AÇIQLAMA

10 July 2024, 16:30
Gündəm

Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı Partiyanın başqanı İsa Qəmbərin sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcəyi barədə iddialara aydınlıq gətirib. 

G.Aslanlı Pravda.az-a açıqlamasında deyib ki, hər şey ola bilər: 

“Hələ bu haqda məlumatım yoxdur. Hər şey ola bilər. Siyasətdə heç vaxt “yox” demirlər. İsa Qəmbərlə 15 dəqiqə bundan əvvəl görüşmüşəm. Namizədliyini irəli sürüb-sürməyəcəyi barədə mənə heç nə deməyib...” 

Qeyd: Müsavat Partiyası bir neçə gün öncə seçkilərə namizədlərini açıqlasa da, İsa Qəmbərin adının siyahıda olmaması müzakirə yaradıb.