Sosial şəbəkədə biz:

İcra başçısı dəyişsə də, Əziz Əzizovun “qoçuları” köhnə qayda ilə işləyir- Adil Əliyevə müraciət edildi…-Video

Bakının Suraxanı rayonu Binə qəsəbəsində özünü İcra Hakimiyyətinin işçisi kimi təqdim edən Ariz adlı şəxs bir qrup mülki geyimli şəxslə gəlib, vətəndaşın tikdiyi, hətta üstünü belə bağladığı evi söküb.

Azinforum.az-a şikayət edən vətəndaş bildirir ki, tikintiyə icazə yoxdursa, onda niyə ətraf evlərlə doludur? : “Evi tikəndə buna mane olardılar. Hazır tikilini sökmək üçün məhkəmə qərarı olmalıdır. Buna məhəl qoymadılar. Əminəm ki, yeni təyin olunan icra başçısı Adil Əliyevin Ariz və onun dəstəsinin əməllərindən məlumatı yoxdur. Onlarla bağlı mütləq mənada hüquqi ölçü götürülməlidir”.

Bildirilir ki, Suraxanı ərazisində bütün tikinti və söküntü işlərinə Ariz adlı şəxs baxır. Videodakı göy kostyumlu, telefonla danışan şəxs Arizdir…

Azinforum.az söküntünü əks etdirən videogörüntüləri təqdim edir

https://youtu.be/RmK3Bpr-zD8?si=RkZDGCCyA3aHPbKG


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol