Sosial şəbəkədə biz:

Əliməmməd Nuriyev seçkilərə qatıldı – Musa Qasımlı namizəd olmayacaq?

11 July 2024, 09:55
Gündəm

"Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev parlament seçkilərinə qatılacaq.

Ə.Nuriyev namizdəliyini 75 saylı Yardımlı-Masallı seçki dairəsindən verib.

Ə.Nuriyev xəbəri Bakupost.az -a təsdiqləyib. Bildirib ki, sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 75 saylı Yardımlı-Masallı seçki dairəsini Milli Məclisdə tarixçi alim Musa Qasımlı təmsil edirdi.

Görünür, bu dəfə o, namizəd olmayacaq.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.