Sosial şəbəkədə biz:

İş adamının restoranında bıçaqlanma: Sabiq prokuror müavini də iştirak edib?

Bakıda yerləşən "Hollywood" restoranında bıçaqlanma hadisəsi zamanı xəsarət aldığı bildirilən sabiq prokurorluq əməkdaşı Zeynal Usubov məsələ ilə bağlı açıqlama verib.

"Qafqazinfo"ya danışan Z.Usubov hadisənin ona aidiyyəti olmadığını, ümumiyyətlə heç bir xəsarət almadığını bildirib:

"Mənimlə bağlı heç bir hadisə olmayıb. İndi idman zalındayam, gəlib görsünlər ki, o xəsarət mənim haramdadır? Davada iştirak edənləri tanıyıram, amma nədənsə mənim adım hallanıb. Düzdür, dava zamanı obyektdə olmuşam, amma onların yanında olmamışam. Hadisənin mənə aidiyyəti yoxdur. Hadisə də yeni deyil, bir ay əvvəl olub. Özüm də bir ay idi Azərbaycanda yox idim, sərhədkeçməni yoxlaya bilərlər, iki gündür gəlmişəm".

Qeyd edək ki, Zeynal Usubov 2023-cü ilin aprel ayında prokurorluq orqanlarından xaric olunub. O, Nərimanov rayon prokurorunun müavini vəzifəsində çalışıb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol