“Maarifçi Qadınlar” İctimai Birliyi İstanbulda tədbir keçirdi-Foto
Azərbaycan “Maarifçi Qadınlar” İctimai Birliyi 7, 8 və 10 iyul 2024-cü il tarixlərində “Türkiyədə təhsildən kənar qalan azərbaycanlı məktəbyaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihəsinin icrası ilə bağlı “Azərbaycan Eğitim, Kültür ve Sosyal Dayanışma" təşkilatının binasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Türkiyə Respublikasının İstanbul şəhərinin Bayrampaşa rayonunun Kocatepe, Eyüpsultan rayonunun Rami və Güngören rayonunun qəsəbələrində yaşayan azərbaycanlılar üçün maarifləndirici seminarlar keçirib. Tədbirdə İstanbulda yaşayan valideynlər, təşkilat rəhbərləri, ziyalılar, tələbələr və müəllimlər, eyni zamanda "Maarifçi Qadınlar" İctimai Birliyinin sədri Ş.Məmmədova, layihə rəhbəri Aynur Misirova, İstanbul Azərbaycan Kültür Evi Dərnəyi başqanı Hikmət Elp və digər təşkilat rəhbərləri çıxış ediblər. Bildirilib ki, Naxçıvan əhalisi blokada şəraitində olduğu və işsizlikden əziyyet çekdikleri üçün Qardaş Türkiyeye sığındılar: “İstanbulda doğulan azerbaycanlı məktebyaşlı uşaqlar 13,14,bezen de daha yuxarı yaşlardan birinci sinife qebul edilir, təşkilatımızın üzvü olan azərbaycanlı ixtisas müəllimlərinin səyi nəticəsinde biliklərə yiyələnirlər! Nəzən görürük ki, uşaqlar 8-9 yaşlarından tikiş sexlərində, maşınyuma servislərində çalışdırılırlar. Bu kimi hallatının qarşısının alınması üçün daima İstanbulda yaşayan azərbaycanlılarıa iş aparılır, insanlarımız maariflendirilir. Bu il də Təşkilatımız "İstanbulda yaşayan, Azərbaycan vətəndaşı olan məktəb yaşlı uşaqların təhsilə cəlb edilməsi" adlı layihənin" qalibi olub. Layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə həyata keçirilir”. Sözügedən tədbirdən çəkilən fotoları təqdim edirik:



