Sosial şəbəkədə biz:

Qayınata, kürəkən və qızı deputatlığa namizədliyini irəli sürdü

Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar.

Unikal.az xəbər verir ki, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər.

Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir. Belə ki, Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol