Sosial şəbəkədə biz:

Pezeşkian: "Türkiyə ilə işləməyi səbirsizliklə gözləyirəm"

İranın Prezidenti Məsud Pezeşkian ölkəsinin xarici siyasəti barədə danışıb.

Dövlət başçısının “Tehran Times” qəzetində məqaləsi dərc olunub. 

Pezeşkian İranın qonşu dövlətlərlə əlaqələrini möhkəmləndirməli olduğunu bildirib:

"Qonşularımızla əlaqələrin möhkəmləndirilməsinə üstünlük verəcəyik. Biz bir ölkənin hegemonluq və digərləri üzərində dominantlıq axtardığı bölgənin deyil, güclü regionun yaradılmasının tərəfdarıyıq. 

Əlaqələrimizi dərinləşdirmək və ümumi problemləri həll etmək üçün Türkiyə, Səudiyyə Ərəbistanı, Oman, İraq, Bəhreyn, Qətər, Küveyt, BƏƏ və regional təşkilatlarla işləməyi səbirsizliklə gözləyirik". 

Prezident ölkəsinin Rusiya və Çinlə əlaqələrini isə xüsusi qeyd edib:

"Çin və Rusiya çətin anlarımızda hər zaman bizə dəstək olub. Biz də bu dostluğu dərindən qiymətləndiririk. Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur. Mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və möhkəmləndirməkdə davam edəcək". 

Cebhe.info


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol