Sosial şəbəkədə biz:

Azərbaycanda tanınmış iş adamı özünə qəsd etdi - FOTO

14 July 2024, 01:29
Gündəm

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

Meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.

İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib.

Qeyd: Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.

Xatırlatma: Bu gün səhər saatlarında Lənkəran şəhərinin 2-ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. Faktla bağlı araşdırma aparılır.

Lənkəranda tanınmış iş adamı özünə qəsd etdi (FOTO)
Lənkəranda tanınmış iş adamı özünə qəsd etdi (FOTO)