Sosial şəbəkədə biz:

Prezident Administrasiyası: Türkiyə Su-24 ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib

27 June 2016, 20:22
Gündəm
Türkiyə Rusiya Su-24 təyyarəsi hadisəsi ilə əlaqədar yalnız təəssüfləndiyini bildirib. Bunu Trend-ə Türkiyə Prezidentinin administrasiyasında dedilər. "Məktubda Ərdoğan Su-24-ün həlak olmuş pilotunun ailəsinə başsağlığı verib və Rusiya təyyarəsi hadisəsi ilə əlaqədar təəssüfləndiyini bildirib". Qeyd ediblər ki, Türkiyə Rusiya ilə münasibətlərin normallaşmasının lehinə çıxış edir: "Ankara Moskva ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün heç vaxt diplomatik kanalları bağlamayıb. Türkiyə və Rusiya arasında münasibətlərin normallaşması regionda böhranın həllinə müsbət təsir göstərəcək".