Sosial şəbəkədə biz:

Elşən Uluxanlı Milli Qəhrəman Natiq Qasımovla bağlı Prezidentə müraciət etdi…

Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı bu yaxınlarda Milli Qəhrəman adına layiq görülən Natiq Qasımovun anasının yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevə məktub ünvanlayıb. Azinforum.az həmin məktubu təqdim edir:

Azərbaycan Respublikasının Prezidenti

İlham Əliyev Cənablarına

Möhtərəm Prezident!

Rus jurnalisti tərəfindən çəkilən fotoda erməni faşistlərini cəsarəti, qorxmazlığı və qəhrəmanlığı ilə heyrətdə qoyan, canından da əziz tutduğu Azərbaycan bayrağını əlindən buraxmayaraq erməni daşnakquldurlarının müşayiəti ilə məğrurcasına addımladığı əks olunan Natiq Qasımov...

1992-ci ilin mart ayının əvvəlləri “Qarabağ şahinləri”batalyonu Ağdamın Xramort kəndi yaxınlığındakı bir yüksəkliyi ələ keçirmək əmri alır. Tapşırığı yerinə yetirmək üçün  31 nəfərlik bir dəstə qədim alban kilsəsində məskunlaşır. 

Qızğın döyüşlərdə komandir və bir neçə nəfər həlak olur, bir neçə döyüşçü geri dönmək məcburiyyətində qalır,Natiq və onunla bərabər 6 nəfər cəsur əsgər kilsədə qalaraq erməni daşnakların hücumlarının qarşısını alırlar.Ermənilərin iki gün yüksəkliyi və kilsəni ələ keçirmək cəhdləri uğursuzluqla nəticələnir. Hər dəfə itki verən düşmən geri çəkilmək məcburiyyətində qalır. 

Döyüş yoldaşları həlak olmasına baxmayaraq Natiq son dərəcə əlverişli strateji mövqedə yerləşən alban məbədində təkbaşına mübarizəni davam etdirir. Nəhayət, beş gündən sonra kilsədə bütöv bir batalyonun yerləşdiyini zənn edən ermənilər əsir və girov götürdükləri Xocalı sakinlərini öldürməməyin müqabilində Natiqi təslim olmağa razı salırlar...

Möhtərəm Prezident!

Sizin tərəfinizdən Azərbaycanın Milli Qəhrəmanı adına layiq gördüyünüz Natiq Qasımovu dünyaya gətirən, onaVətəni sevməyi öyrədən Dursun Ananın həyat şəraiti vəsəhhəti ilə heç bir dövlət qurumu maraqlanmır!

Əgər Dursun Anamızın yaşadığı ev şəraitinə baxılıb,səhhəti ilə maraqlanılsaydı təcili olaraq o, xəstəxanaya yerləşdirilərdi və müalicə müddətində yaşayış şəraitinin nisbətən yaxşılaşdırılması üçün heç olmasa iki otaqlı mənzillə təmin olunardı.

Mən Azərbaycan Bayrağını əlindən yerə qoymayan, ölümün gözünə dik baxaraq düşmən üzərinə qürurla addımlayan Natiq Qasımov kimi qeyrətli övladı dünyaya gətirmiş Dursun Anamızın yaşadığı evin görüntülərini ictimayiləşdirməklə, Anamıza dəyər verməyən, onunla maraqlanmağı özünə rəva bilməyən məmurların Müzəffər Ali Baş Komandanımız olaraq Sizin DƏMİR YUMRUĞUNUZA tuş gəlməsini ALLAHDAN arzu edirəm!

Möhtərəm Prezident!

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycanın Şəhid Milli Qəhrəmanı Natiq Qasımovu dünyaya gətirən Dursun Anamızın müalicəsini və həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə növbədən kənar mənzillə təmin olunmasını nəzarətinizə götürməyinizi Xahiş edirik

Azərbaycanın Şəhid Milli Qəhrəman, Şəhid Vətən Müharibəsi Qəhrəmanı ailələrinə, Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanlarına daim diqqət və qayğı göstərdiyinizə görə dərin minnətdarlığımızı bildiririk.

Sizə hər şeydən əvvəl Can Sağlığı arzulayırıq!

Tale həmişə Sizə yar olsun!

Hörmətlə ,

Birliyin sədri                                                        

Elşən Uluxanlı”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol