Sosial şəbəkədə biz:

Altı ay ərzində təkcə Bakıda 24 qətl hadisəsi baş verib

Birinci yarım ildə paytaxtda ümumilikdə 8011 cinayət qeydə alınıb

2024-cü ilin ilk altı ayı ərzində Bakıda 8011 cinayət hadisəsi qeydiyyata alınıb. Bu cinayətlərin 88,6 faizi açılıb. İyulun 16-da Bakı Şəhər Prokurorluğunda 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bu barədə məlumat verilib.

Məlum olub ki, Bakıda altı ay ərzində 24 qəsdən adam öldürmə cinayəti törədilib. Onların hamısının üstü açılıb.

Müşavirədə bildirilib ki, qəsdən sağlamlığa az ağır və ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə, qaçaqmalçılıq, ekoloji cinayətlər, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalıb. Amma dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotiklərin dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma kimi hadisələrin sayı isə artıb.

Yarım il ərzində Bakı üzrə prokurorluq orqanlarının istintaqını tamamladığı cinayət işlərində dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş ümumilikdə 6 milyon 492 min 425 manat ziyan müəyyənləşdirilib. Bunun da 3 milyon 527 min 109 manatı – 54,3 faizi ödənilib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol