Sosial şəbəkədə biz:

Bakıda məşhur klinikanın girişinə kilid vuruldu - FOTO

18 July 2024, 08:43
Gündəm

Bakıda fəaliyyət göstərən özəl klinikalarından biri - "Reo-Med" klinikasının girişinə kilid vurulub. News24.az xəbər verir ki, bir neçə gündür klinikanın fəaliyyətini dayandırdığı iddia edilir. Bu barədə yaxınlıqda yaşayan vətəndaşlar məlumat verib.

Qeyd edək ki, 29 yaşlı qadın iyunun 11-də əməliyyat üçün "Reo-Med" klinikasına müraciət edib və 2 iyul tarixində həyatını itirib. Gənc xanımın ölümündə isə "Reo-Med" klinikasının həkimi Mətanət Eyvazova və anestezioloq Babək Mahmudov ittiham edilib. Son günlər bu mövzu sosial şəbəkələrdə və KİV-də geniş müzakirələrə səbəb olub.

Bunu da bildirək ki, klinikanın binasına yazılan "Reo-Med" yazısı da üzərindən götürülüb.