Sosial şəbəkədə biz:

YAP-ın 80 yaşı olan ən yaşlı namizədi kimdir? - FOTO 

18 July 2024, 08:55
Gündəm

Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası özünün deputatlığa namizədlərinin siyahısını açıqlayıb. İqtidar partiyası 125 dairənin hər birindən namizəd irəli sürüb. 

Yenisabah.az xəbər ki, YAP-ın namizədləri arasında həm yaşlı, həm də gənclər var. Partiyanın ən yaşlı namizədi Eldar İbrahimovdur. Martın 12-də onun 79 yaşı tamam olub və 80 yaşına adlayıb. 

Qeyd edək ki, Eldar Rza oğlu İbrahimov 1945-ci ildə Naxçıvanda anadan olub.I, II, III, IV, V və VI çağırış Milli Məclisinin deputatı seçilib. İqtisadi elmləri doktoru, professordur. 

Eldar İbrahomov YAP rəhbərliyində təmsil onur. İdarə Heyətinin üzvüdür. 

YAP Eldar İbrahimovun namizədliyini 4 saylı Naxçıvan şəhər seçki dairəsindən irəli sürüb.