Sosial şəbəkədə biz:

Göranboyda öldürülən “Kürd Amo” adlı avtoritet “Nihad Qəbələli”nin yaxın adamı olub

Goranboyda 40 yaşlı piyada avtomobilin altında qalaraq vəfat edib. 

Azinforum.az-ın əldə etdiyi məlumatına görə, hadisə Veyisli kəndində qeydə alınıb.

“Ford Fusion” markalı minik maşını ilə hərəkətdə olan Tarzan Şamilov həmkəndlisi Əhməd Ərəbovu vurub. Ağır xəsarət alan Ə.Ərəbov xəstəxanada ölüb.

Əldə etdiyimiz ilkin məlumata görə, mərhum Əhməd Ərəbov kənddə “Kürd Amo” kimi tanınıb. O, 3 il əvvəl külli miqdarda qanunsuz narkotik dövriyyəsinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

“Kürd Amo”nun yaxınları və şahidlər iddia edir ki, qohumu Tarzan Şamilov hadisəni qəsdən törədib. Belə ki, sürücünün maşınla mərhumun üstündən bir neçə dəfə keçdiyi də deyilir.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza  törədərək hadisə yerindən yayınan T. Şamilov saxıanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Azinforum.az bildirir ki, zamanında "Kürd Amo"nun məhrum "Lotu Quli"nin yaxın ətrafında olan kriminal avtoritetlərdən biri olduğu deyilir. “Quli”nin ölümündən sonra “Kürd Amo” hazırda Rusiyada cəza çəkən kriminal avtoritet “Nihad Qəbələli” kimi tanınan Nihad Maisbəylinin klanında təmsil olunduğu bildirilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol