"Böyük danışanı kiçik, götürər" prinsipi özünü göstərməyə davam edir
Hər birimiz müəyyən cəmiyyətin üzvüyük və üzv olduğumuz cəmiyyətdə öhdəliklərimiz mövcuddur. Zaman keçdikcə böyüyür, inkişaf edirik ki, bu həm fiziki, həm də əqli cəhətdən olur. İnsanın bu cür inkişaf etməsində ən böyük köməyi cəmiyyətdir, amma biz bu cəmiyyətlərə müəyyən yaş dövründə daxil oluruq. Bəs insanın dünyagörüşünün formalaşmasında ən böyük köməkçi vasitə nədir? Əlbəttə, ailədir.
İnsanlar bilik və bacarıqkarlna görə müəyyən cəmiyyətin üzvü olmasına baxmayaraq, elə doğulan gündən kiçik cəmiyyət adlandırdığımız ailənin üzvü, ayrılmaz parçası olur. Bunun üçün bacarıq tələb olunmur, çünki ailə ona bacarığı verən böyük vasitədir.
Çox zaman valideynlər övladlarından şikayətlənir, onların sıxıntılarından bəhs edirlər və yerinı yetirməli olduqları öhdəliklərinin olduğunu bildirirlər, amma valideynlər bunu dərk etməlidirlər ki, öhdəlikləri sadəcə övladlara şamil etmək olmaz, çünki övladın necə inkişaf edəcəyini valideyn formalaşdırır. Hər bir ana və ata övladının yaxşı gələcəyi olmasını arzulayır, lakin bunun üçün müəyyən məsuliyyətlər daşımalı olduqlarının gec fərqinə varırlar ki, bu zaman artıq uşağın gələcəyi məhv olmaq dərəcəsinə çatır.
Əyər qadın və kişi övladı olmasını istəyirsə, əvvəlcə onun üçün yaşaya biləcəyi şərait qurmalıdırlar.
Qeyd edilən şərait həm fiziki, həm də psixi cəhətdən olmalıdır. Ona görə də valideyn namizəndləri özləri ilə üzləşib bu sualı verməlidir. "Mən niyə övlad sahibi olmaq istəyirəm?". Düzdür bu çox sadə, cavabı asand sual kimi görünsədə daşıdığı məna qəlizdir. Əgər ki, valideyn bu suala cavab tapa bilirsə, o, xoşbəxt olacaqdır.
Bu hallar nəzərə alındığı müddətcə uşaq ailəsinə, cəmiyyətə və ölkədinə layiqli böyüyəcək və vəzifələrini dərk edib məduliyyətlə yanaşacaqdır.
Unutmamaq lazımdır ki, ailənin verdiyi tərbiyyəyə, əsasən, uşaq öz yolunu müəyyənləşdirir. Ona görə də hər bir valideyn uşaq dünyaya gətirərkən bızi məqamlara diqqətlə yanaşmalı və bunları gözə alaraq övlad böyütməlidir ki, gələcəkdə övladda ona eyni münasibəti göstərsin. Unutmamaq lazımdır ki, bu münasibətlər qarşılıqlı bağlar əsasında qurulur.Böyük danışanı kiçik, götürər" prinsipi özünü göstərməyə davam edir
Hər birimiz müəyyən cəmiyyətin üzvüyük və üzv olduğumuz cəmiyyətdə öhdəliklərimiz mövcuddur. Zaman keçdikcə böyüyür, inkişaf edirik ki, bu həm fiziki, həm də əqli cəhətdən olur. İnsanın bu cür inkişaf etməsində ən böyük köməyi cəmiyyətdir, amma biz bu cəmiyyətlərə müəyyən yaş dövründə daxil oluruq. Bəs insanın dünyagörüşünün formalaşmasında ən böyük köməkçi vasitə nədir? Əlbəttə, ailədir.
İnsanlar bilik və bacarıqkarlna görə müəyyən cəmiyyətin üzvü olmasına baxmayaraq, elə doğulan gündən kiçik cəmiyyət adlandırdığımız ailənin üzvü, ayrılmaz parçası olur. Bunun üçün bacarıq tələb olunmur, çünki ailə ona bacarığı verən böyük vasitədir.
Çox zaman valideynlər övladlarından şikayətlənir, onların sıxıntılarından bəhs edirlər və yerinı yetirməli olduqları öhdəliklərinin olduğunu bildirirlər, amma valideynlər bunu dərk etməlidirlər ki, öhdəlikləri sadəcə övladlara şamil etmək olmaz, çünki övladın necə inkişaf edəcəyini valideyn formalaşdırır. Hər bir ana və ata övladının yaxşı gələcəyi olmasını arzulayır, lakin bunun üçün müəyyən məsuliyyətlər daşımalı olduqlarının gec fərqinə varırlar ki, bu zaman artıq uşağın gələcəyi məhv olmaq dərəcəsinə çatır.
Əyər qadın və kişi övladı olmasını istəyirsə, əvvəlcə onun üçün yaşaya biləcəyi şərait qurmalıdırlar.
Qeyd edilən şərait həm fiziki, həm də psixi cəhətdən olmalıdır. Ona görə də valideyn namizəndləri özləri ilə üzləşib bu sualı verməlidir. "Mən niyə övlad sahibi olmaq istəyirəm?". Düzdür bu çox sadə, cavabı asand sual kimi görünsədə daşıdığı məna qəlizdir. Əgər ki, valideyn bu suala cavab tapa bilirsə, o, xoşbəxt olacaqdır.
Bu hallar nəzərə alındığı müddətcə uşaq ailəsinə, cəmiyyətə və ölkədinə layiqli böyüyəcək və vəzifələrini dərk edib məduliyyətlə yanaşacaqdır.
Unutmamaq lazımdır ki, ailənin verdiyi tərbiyyəyə, əsasən, uşaq öz yolunu müəyyənləşdirir. Ona görə də hər bir valideyn uşaq dünyaya gətirərkən bızi məqamlara diqqətlə yanaşmalı və bunları gözə alaraq övlad böyütməlidir ki, gələcəkdə övladda ona eyni münasibəti göstərsin. Unutmamaq lazımdır ki, bu münasibətlər qarşılıqlı bağlar əsasında qurulur.
Çimnaz Məmmədova, BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi