Sosial şəbəkədə biz:

Bakıda vətəndaşın mənzilinə giriş-çıxışı bağlanıb - FOTO

19 July 2024, 10:45
Gündəm

Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir.

Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayan Bahar Şıxızadə mənzillərinə daxil olmaq üçün hərəkət hüquqlarının məhdudlaşdırıldığını qeyd edib:

"Həsən Əliyev, 70, mənzil 5 ünvanında yaşayırıq. "Sipark MTK" tikinti şirkəti bizim heç bir məhkəmə sənədi olmadan, səbəbsiz yerə binanın girişini bağlayıb. Evin qarşısında tikinti başlayıblar, hasar çəkiblər. Etirazımızı bildirdik. Hədə-qorxu gəldilər. Binanın 1-ci mərtəbəsinə ümumiyyətlə işıq düşmür, Günəş şüasına həsrət qalmışıq. Şikayətimizə baxan da yoxdur".

"Sipark MTK" ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Həmin fotoları təqdim edirik:

Bakıda vətəndaş mənzilinə giriş-çıxışın bağlandığını iddia edir