Sosial şəbəkədə biz:

Qurbanovla Santuş gerilədi - Yalnız Berdıyev irəlilədi

Dünyanın ən güclü məşqçilərinin yeni reytinqi açıqlanıb.

Bel' ki, 500 ən güclü mütəxəssisin yer aldığı siyahıda yeganə azərbaycanlı Qurban Qurbanovdur. 

"Qarabağ"ı çalışdıran mütəxəssis ötən siyahı ilə müqayisədə 2 pillə geriləyib. Hazırda aktivində 1673 xal olan Qurbanov 133-cü yeri tutur.

Siyahıda Azərbaycanda çalışan 3 əcnəbi mütəxəssis də yer alıb. "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev 1796 xalla dünyada 54-cü yerdə qərarlaşıb. Rusiyalı mütəxəssis bir pillə irəliləyib.

Millimizin baş məşqçisi Fernando Santos 184-cüdür. Portuqaliyalı mütəxəssisin akticində 1624 xal var cə bir pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk isə 423-cü yerdə qərarlaşıb. Mövqeyini qoruyan ukraynalı mütəxəssosin 1481 xalı var.

Qeyd edək ki, siyahıya "Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola başçılıq edir - 2240 xal.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol