Sosial şəbəkədə biz:

İran nüvə sazişini bərpa etməyə hazırdır

İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian Tehranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını (BHFP) bərpa etməyə hazırdır.

Pezeşkian hökumətinin formalaşdırılması üzrə məsləhət komitəsinin rəhbəri Məhəmməd Cavad Zərif "X" hesabında belə yazıb.

“Bizim yeni hökumətimiz yeni seçilmiş prezident Pezeşkianın rəhbərliyi altında BHFP və İran qanunlarına uyğun şəkildə dialoq aparmağa hazırdır”, - Zərif qeyd edib.

O, yeni hökumətin bu qərarını gələcək fəaliyyətlər istiqamətində atılan "xoşməramlı addım" kimi dəyərləndirib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol