YAP namizədləri hələ də imzatoplama kampaniyasına başlamayıb
Yeni Azərbaycan Partiyasının (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlər siyahısını açıqlamasından (17 iyul) 1 həftə keçsə də, namizədlər hələ də imzatoplama kampaniyasına başlamayıb.
Bu barədə “AzPolitika”-ya hakim partiyadakı mənbələr məlumat verib. Qeyd olunur ki, namizədlərin seçkidə iştirakla bağlı sənədləri mərkəzləşmiş qaydada hazırlanıb və Seçki Qərargahı onları namizədlərə təqdim edib. Bundan sonra müvafiq təlimat üzrə iştirakçılar onları dairə seçki komissiyalarına təhvil verib, imza vərəqələri götürməlidirlər. Mənbə, gecikmənin səbəbinə aydınqlı gətirməsə də, təcrübəyə əsaslanaraq hakim partiya namizədlərinin imza yığmaq probleminin olmadığını vurğulayıb.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyasının Seçki Təqviminə görə imzaların dairə seçki komissiyalarına təhvil verilməsinin son günü avqustun 2-dir. YAP namizədlərinin prosesi tamamlamaq üçün 10 gün vaxtı qalıb...