Bəxtiyar Əliyev tanınmış politoloq ilə yarışacaq
Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabr parlament seçkilərində iştirak edəcək namizədlərini açıqladıqdan bir neç gün sonra ard-arda 5 dəfə Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin sədri olmuş Bəxtiyar Əliyev namizədliyini 119 saylı saylı seçki dairəsindən irəli sürüb.
Əvvəlki seçkilərdə B.Əliyev 118 saylı Ağdam şəhər dairəsininin seçicilərini parlamentdə təmsil edib. O, bu dəfə dairəsini dəyişmək qərarına gəlib. Maraqlıdır ki, Bəxtiyar Əliyev YAP siyahısını açıqladıqdan sonra belə seckidə iştirakla bağlı tərəddüdlü mövqe nümayiş etdirib. Deputat medianın suallarını da uzun müddət cavalandırmayıb, telefon zənglərinə cavab verməyib.
119 saylı seçki dairəsindən hakim partiya İbrahim Məmmədov adlı şəxsin namizədliyini irəli sürüb. İnternet resurslarında onun haqqında geniş informasiyanın olmaması YAP-ın bu dairəni bitərəflər üçün “boş” saxladığı anlamına gəlir.
Xatırladaq ki, bu seçki dairəsindən tanınmış politoloq Elxan Şahinoğlu da namizədliyini irəli sürüb. O, artıq imzatomplama kampaniyasını başa çatdırıb və 500 imzanı Dairə Seçki Komissiyasına təhvil verib.
AzPolitika.info