Sosial şəbəkədə biz:

Avtoxuliqanlıq edən yeniyetmələrlə bağlı – Açıqlama

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.
““Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb”, - məlumatda deyilir.
Qeyd edək ki, həmin yeniyetmələr 6 nömrəli məktəb-liseyin şagirdləri olublar.
Sözügedən təhsil müəssisəsi də daha əvvəl kadrlarla bağlı açıqlama yayıb. Bildirilib ki, iyunun 8-də səhər saat 05:00 radələrində təhsil müəssisəsinin 11-ci sinif şagirdləri valideynlərinə məxsus maşınlarla icazəsiz şəkildə məktəbin ərazisinə daxil olub və çəkiliş ediblər:
“Daha sonra həmin videoları sosial şəbəkədə paylaşıblar.
Qeyd edirik ki, hadisə dərs günü deyil, həftənin şənbə günü  baş verib. Məktəblilərin valideynləri ilə görüş keçirilib, onlara xəbərdarlıq edilib və müvafiq qurumlar məlumatlandırılıb. Hazırda araşdırma davam edir”.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol