Sosial şəbəkədə biz:

Bu ərazilərdə hava xətləri sökülərək yeraltı kabellə əvəzlənir – Video

Bakı şəhərinin Hava Limanı, Zığ şossesi və 8 Noyabr prospektində 5 yerdə yolların üzərindən keçərək kəsişən və Hava Limanı yolunun kənarında yerləşən 110 kV-luq iki dövrəli yüksək gərginlikli hava xətləri sökülərək yeraltı kabel xətlərinə keçirilir.
Bu barədə “AzərEnerji” məlumat yayıb.
Bildirilib ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, strateji əhəmiyyətli yolların estetik görünüşünə də xələl gətirirdi:
“Ona görə də ümumi uzunluğu 5,55 km olan hava xətləri və 44 ədəd iri anker dayaq xüsusi layihə əsasında demontaj edilərək, 33 km uzunluqda ikidövrəli görünməz yeraltı kabellərlə əvəz edilir.
Qeyd edək ki, yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli yollar qazılmayıb və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən xətlər böyük həcmli borularla birlikdə xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin alt hissəsi ilə keçirilib. Ən əsası enerjinin verilişində fasilə olmayıb. Ekoloji tələblərə cavab verən  yeraltı xətlərin çəkilməsi baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınmasına, enerjinin ötürülməsinın daha müasir və keyfiyyətli qaydada həyata keçirilməsinə səbəb olacaq”.
Qeyd olunub ki, bu işlərin avqust ayında başa çatdırılması nəzərdə tutulur.

https://www.youtube.com/embed/YjAc0j2-zlk


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol