Sosial şəbəkədə biz:

“Sülh müqaviləsi üçün cavab təklifləri hazırlanır” – Ermənistan XİN

26 July 2024, 09:36
Gündəm

“Ermənistanın Azərbaycanla sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir”.
Bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan “Azadlıq” radiosunun sorğusuna cavab olaraq deyib.
“Ermənistanın sülh müqaviləsi ilə bağlı cavab təklifləri hazırlıq mərhələsindədir, Ermənistan artıq elan edilmiş və təqdim olunmuş əsas müddəalara uyğun olaraq sazişi ən qısa zamanda imzalamağa hazırdır”, - Ermənistan XİN nümayəndəsi bildirib.