Badamdar bələdiyyəsi məhkəməyə verildi
Səbail rayonu, Badamdar bələdiyyəsi məhkəməyə verilib.
Qaynarinfo xəbər verir ki, Hüseynov Seymur Tahir oğlu bələdiyyə barəsində iddia qaldırıb.
Seymur Hüseynov məhkəmədə bələdiyyə barəsində "İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr - torpaq üzrə - Torpaq münasibətləri üzrə sair mübahisələr” üzrə iddia qaldırıb.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, Badamdar bələdiyyəsinin sədri Təzəxan Məmmədovdur.