Sosial şəbəkədə biz:

Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək

Azərbaycan Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

Bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

“Şikayət hazırlanır, Hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq”, - Ç.Hüseynzadə bildirib.

O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol