Sosial şəbəkədə biz:

Makron Olimpiadanın açılış mərasimində fitə basıldı

Fransa Prezidenti Emmanuel Makron Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində tamaşaçılar tərəfindən fitə basılıb.
Bu barədə Fransanın “Vətənpərvərlər” Partiyasının lideri Florian Filippo sosial şəbəkə hesabında məlumat yayıb.
Filippo qeyd edib ki, hətta diqqətlə seçilmiş auditoriya da Makronun görünüşündən açıq narazılıq ifadə edib, prezident isə çaşıb qalıb.
Siyasətçi paylaşımına Makronun çıxışı zamanı fit və qışqırıqların eşidildiyi qısa videonu əlavə edib. Filippo bu fraqmentin efirə getmədiyini bildirib və onun yayılmasını istəyib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol