Daha iki cüdoçumuz Olimpiada ilə medalsız vidalaşdı
Azərbaycanın kişi cüdoçusu Yaşar Nəcəfov “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Belə ki, 66 kiloqramda çıxış edən idmançımız təsnifat mərhələsində serbiyalı Straxinya Bunçiçə məğlub olub və yarışla medalsız vidalaşıb.
52 kiloqramda çıxış edən qadın cüdoçumuz Gültac Məmmədəliyeva ilk görüşündə ABŞ təmsilçisi Anjelika Delqadoya uduzub və mübarizəni dayandırıb.

Bununla da Azərbaycanın dörd cüdoçusu Olimpiadada çıxışını başa vurub. Daha əvvəl Leyla Əliyeva (48 kiloqram), Balabəy Ağayev (60 kiloqram) və Yaşar Nəcəfov (66 kiloqram) yarışla erkən vidalaşıblar.