Gəncədə tuneli su basdı, avtomobillər yolda qaldı – Video
İntensiv yağan yağışlarla əlaqədar Gəncə şəhərinin Nizami küçəsində yerləşən tunel subasmaya məruz qalıb və avtomobillərin yolda hərəkəti üçün çətinlik yaranıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında əraziyə cəlb edilən FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən subasmaya məruz qalmış tuneldən suyun çəkilərək kənarlaşdırılması və avtomobillərin sərbəst hərəkəti təmin edilib.