Azərbaycanda qəfil ölümlər artıb
Son vaxtlar Azərbaycanda da qəfil vəfat edən gənc və ortayaşlı insanların sayı xeyli artıb.
Qəfil ölümlərin səbəbləri sırasında ürək-damar xəstəlikləri ilk yerdə göstərilsə də, belə düşünülür ki, koronavirus əleyhinə vurulan peyvəndlər də qəfil ölümlərin sayında artıma səbəb olub.
Məlumdur ki, koronavirusun yayıldığı ilk zamanlardan bəri peyvəndlərə qarşı münasibət birmənalı deyil.
Lakin "Nature Communication" jurnalında dərc olunan araşdırmaya görə, peyvəndlər infarkt və insult hallarını azaldır.
Peyvəndin ilk dozasından sonra 13-24 həftə ərzində infarkt və insult hallarının nisbətinin 10 faiz azaldığı aşkar edilib.
İkinci dozadan sonra belə hallar "AstraZeneca" peyvəndindən sonra 27 faiz, "Pfizer"/"Biotech" peyvəndindən sonra isə 20 faiz azalıb. Venoz trombotik hallara dair də analoji azalma müşahidə edilib.
Bununla belə, COVID-19 vaksinləri ilə əlaqəli məsələn, mRNA vaksinlərindən sonra miokardit və perikardit, adenovirus peyvəndlərindən sonra isə trombotik trombositopeniya kimi nadir ürək-damar ağırlaşmaları aşkar edilib.
Lakin peyvəndlə bağlı yeni ciddi ürək-damar ağırlaşmaları müəyyən edilməyib.
Müəlliflərin fikrincə, tədqiqatın nəticələri ürək-damar sistemi üçün COVID-19 peyvəndinin təhlükəsizliyini təsdiqləyir. Peyvəndin faydaları risklərdən qat-qat üstündür və peyvənd COVID-19-un ağır hallarının qarşısının alınması üçün mühüm vasitə olaraq qalır.
Maraqlıdır, qəfil ölümlərə səbəb peyvənd deyilsə, bəs nədir?
Məsələ ilə bağlı farmokoloq-həkim Aydın Əliyev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, qəfil ölüm halları ürək-damar sisteminin, baş-beyinin tutulması nəticəsində baş verir:
"Qəfil ölüm hallarının çoxsayl səbəbləri var. Ailə, iş problemləri, ictimai, maddi və ekologiya ilə bağlı problemlər, stress qəfil ölüm halının səbəblərindəndir.
Vaksinlər alimlərin işlərinin nəticəsidir. Alimlər işləyib ortaya məhsullar qoyurlar, lakin bu məhsul sonradan zavod şəraitimdə ayrı-ayrı idarəçilərin əlinə keçir. Eynilə keyfiyyətsiz dərmanlar kimi, bunun da mənfi təsirləri qaçılmaz olur".