Sosial şəbəkədə biz:

“Tezliklə Azərbaycana gəlmək istəyirəm“ - Türkan Şoray

Türkiyənin tanınmış aktrisası, Yeşilçamın ulduzu Türkan Şoray azərbaycanlı sənətçilərdən danışıb. Həmçinin onların kino gününü də ürəkdən təbrik edib. Aktrisa "onların hamısının yanaqlarından öpürəm, tezliklə Azərbaycana gəlmək istəyirəm" deyə sevgisini bu sözlərlə bildirib.

O bu barədə jurnalist Əli Novruzəliyevlə söhbətində deyib.

“Sevgili qardaşlarımız azərbaycanlılara salam olsun. Dəyərli aparıcı Əli Novruzəliyev vasitəsilə Azərbaycanda kino günü olduğunu öyrəndim. Bütün azərbaycanlı kino sənətçilərini təbrik edirəm. Azərbaycanlıları çox sevirəm. Ən qısa zamanda Azərbaycana gəlməyi çox istəyirəm”,- o bildirib. 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol