Sosial şəbəkədə biz:

“Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi”

"1972-ci ilin sonlarında ailədəki vəziyyətlə əlaqədar çörək zavodunda işləyirdim. Pul gətirməsəydim analığım mənə çörək vermirdi". 

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı "Şən gənc" verilişində deyib. O, 17 yaşından zavodda işləmək məcburiyyətində qaldığını açıqlayıb: 

"Böyük bir maşın idi. Bellə un tökürsən. Bu yanda da şirə. Vedrə ilə onu tökmək lazımdır. Yerə dağılsa, maaşından kəsəcəklər. Sonra hazır pryanikləri həmin taxta bellə götürüb stolun üstünə tökürsən. Onda mənim heç 17 yaşım yox idi. Və o vaxtdan pryanik yemirəm. Bu gün, sabah 70 yaşım olacaq". 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol