İrandan gözlənilən hücum: Qalant təcili hərbçiləri topladı
İsrailin müdafiə naziri Yoav Qalant İranın mümkün hücumu ərəfəsində ordu komandanlığını və təhlükəsizlik xidmətinin rəhbərliyini bir yerə toplayıb. Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hərbçilər İran və müttəfiqlərinin İsrailə hücum edəcəyi təqdirdə görülə biləcək tədbirləri müzakirə ediblər.
Ötən gecə Hizbullah hərəkatı Livan ərazisindən İsrail ərazisini atəşə tutub.
İran-İsrail gərginliyinin yeni mərhələsi HƏMAS-ın siyasi qanadının rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra baş verib. İran qətldə İsraili günahlandırıb, qisas alacağını vəd edib.