Sosial şəbəkədə biz:

Gömrükdə rüşvət hələ də qalır - Komitə sədrindən ETİRAF

Gömrükdə rüşvətin kökünü hələ tam kəsməmişik.

Bunu "Baku TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov deyib.

O bildirib ki, buna baxmayaraq, gömrük sistemində rüşvətə meyilli insanların sayı azalıb.

Sədr bəzi hallarda tərəflərin qarşılıqlı razılaşması əsasında gizli rüşvət hallarının olduğunu deyib.

"Bizə rüşvət amili ilə bağlı müraciət daxil olanda, onu müvafiq orqanlara göndəririk", - Şahin Bağırov vurğulayıb.

O, mütəmadi olaraq korrupsiya ilə mübarizə barədə təlimatlandırma aparıldığını qeyd edib.

https://www.youtube.com/embed/4O9D7j-l6uY


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol