Dövlət Xidməti: Elektron satınalmaların həcmi 3 dəfəyədək artıb
Cari ilin 6 ayı ərzində elektron satınalmaların həcmi 1.455,7 milyon manat təşkil edib. Bu göstərici 2023-cü ilin müvafiq dövrünə nəzərən 3 dəfəyədək artım deməkdir.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, dövlət satınalmalarının elektron qaydada həyata keçirilməsi sahibkarların sərbəst və vaxt itkisinə məruz qalmadan satınalmalarda iştirakına və subyektiv amillərin aradan qaldırılmasına şərait yaradır.
Satınalmaların rəqəmsallaşdırılması rəqabətliliyin qorunması, biznes subyektlərinin satınalmalarda iştirak səviyyəsinin yüksəlməsinə töhfə verir.